“Valensiya”nın Direktorlar Şurasının üzvü Roman Bayver hücumçu Rodriqo Morenonun klubdan ayrılacağını istisna etməyib.
Adı “Barselona” ilə hallanmağa başlayan 28 yaşlı futbolçu barədə klub nümayəndəsi bunları deyib: “Biz Rodriqonun mümkün gedişinə hazır olmalıyıq. Ötən il də ona digər klublar böyük maraq göstərirdi, amma indi təkliflər artıb”.
Xatırladaq ki, Braziliyada doğulan Rodriqo valideynləri ilə birgə İspaniyaya köçüb. “Real”ın yeniyetmələrdən ibarət komandasında oynayan hücumçu daha sonra “Benfika” və “Bolton”da çıxış edib, 2014-cü ildən “Valensiya”dadır. Bu mövsüm 18 oyunda meydana çıxıb və 2 dəfə fərqlənib.